TapInn-ə qoşulmaq

Məhsuldarlığın daha yüksək səviyyəyə qaldırılması iaşə sektorunda uğurun vacib bir hissəsidir. Dəyişikliklər edin və əməkdaşlarınızdan daha çox faydalanın. Xidmət səviyyəsini daha yüksək səviyyələrə çatdıran zaman, bunu bacardığınıza təəccüblənəcəksiniz!

TapInn-ə qoşulmağın 5 səbəbi

Eyni vaxtda bütün üstünlükləri əldə edin!

TapInn Sizə uyğunlaşdırılmış bir neçə servis paketlərini təklif edir! Müştərilərimizlə tez-tez ünsiyyətdə olmaq, servislərimizi təkmilləşdirmək üçün yeni variantların təqdim olunmasının daimliyini qarantiya edir.

Olduğunuz kimi qalın!

TapInn, mövcud sistemlərə və xidmətlərə yeni bir element əlavə edir. Biznes modelinizin dəyişdirilməsinə ehtiyac yoxdur. Müştəriləriniz sadəcə əlavə olaraq online-menyu və sifariş variantları əldə etmiş olur. TapInn - səssiz bir köməkçinizdir.

Bir, iki və hər şey hazır!

Bizimlə Siz zamanınıza qənaət edəcək, menyunu təkmilləşdirəcək, qiymətli məlumatlar əldə edəcək və müştərilərə dəstək xidmətinə qoşulacaqsınız. Uzaqdan idarəetmə sistemi və Sizin şəhərinizdə olan TapInn agentləri Sizə hər zaman hər cür yardımı və dəstəyi təmin edəcəkdir.

Yoxlanılmışdır!

TapInn-nin bütün servis və xitmətləri müştərilərə təklif edilmədən öncə çoxsəviyyəli yoxlama sistemindən keçir. Marketinq mütəxəssislərindən, restorator və biznes-analitiklərindən ibarət səlahiyyətli məsləhətçilər komandası riskləri ölçür, güclü və zəif tərəfləri ortaya çıxarırlar. Yalnız komandanın pozitiv rəy verməsindən sonra inkişaf qrupu yeni bir servis yaratmağa başlayır. Bu prosesler bir neçə alfa-beta sınaqlarından keçdikdən sonra hörmətli müştərilərə təklif olunur.

Təxminən və ya tamamilə pulsuz!

Hər şeydən əvvəl, biz müştərilərimizin rifahı üçün qayğı göstəririk. Ona görə də gəlir əldə etməyə başlamadan öncə Sizə ödənişsiz TapInn servisləri ilə tanış olmağı təklif edirik. Ödənişli servis paketlərinin dəyəri sadəcə masa sayına görə hesablanır. Bir müştəri üçün lisenziya dəyəri, onun qonaqlarının vərdişləri və tərcihləri haqqında qiymətli məlumatlar əldə etməsinin gətirdiyi üstünlüklərdən fərqli olaraq çox böyük deyil.

Servisler TapInn

Axtarış bölümündə iştirakınız

TapInn servislərinin hər hansı birinə bağlandıqda, Sizin müəssisəniz avtomatik olaraq axtarış bölümündə görünəcək. Orada yüz minlərcə istifadəçi Sizin restoranı görmək və öz seçimini etmək imkanına sahibdir.

Bonus proqramları

Endirim və bonus sistemini yaratmaq üçün artıq vaxtınızı, enerjinizi və vəsaitinizi xərcləməyə ehtiyac yoxdur. TapInn, elastik və ayarlana bilinən bonus sitemini Sizə tamamilə pulsuz təklif edir.

Əməkdaşı çağırmaq

İaşə müəssisələrinin təhsil almış və ən bacarıqlı əməkdaşı belə müştərilərin istəklərinə hər zaman vaxtında və kibar şəkildə cavab verə bilmir. Bəzən bu hallar müştərilərinizin Sizə bağlı qalmasını əngəlləyir. Qonaqlarınızın rahatlığı və onlara göstərilən xidmətin tez və keyfiyyətlı olmağı üçün TapInn özünün tam avtomatik və pulsuz həllini Sizlərə təklif edir. Artıq hər masa və otaq üçün əlavə olaraq çağırma zəngi ya da planşet kimi avadanlıqların alınmasına, quraşdırılmasına və daimi olaraq onlara servis göstərilməsinə ehtiyac qalmayacaq. Qonaqlarınızın öz smartfonu və TapInn aplikasiyasının həvəsləndirici elektron menyusu - tək ehtiyac duyulan şey. Məlumatların hər bir masadan və ya otaqdan, qarsonunuza, mətbəxinizə ya da bara həmin dəqiqə çatdırılma fürsəti. TapInn programı əməkdaşın qiymətli zamanına qənaət etmənizi, biznes proseslərini optimallaşdırmağınızı, dil əngəlini azaltmağınızı və müştərilərin şəxsi dieta istəklərini qarşılamağınızı təmin edir. TapInn, müxtəlif müştərilər olmaqla sıradan qonaqların, vegetarian və veqanların istək və arzularını qarşılamaq imkanı verən allergiya və kalorilər mövzusunda kritik məlumatları təmin edə bilər. Əlbətdə ki, bütün bu məlumatlar gələcəkdə istifadə etmək üçün seçilə və saxlana bilər və birbaşa marketinqdə statistika və ya planlama məqsədi ilə asanlıqla analiz edilə bilər.

Şərhlər jurnalı

Əyər Siz müştərilərinizdən şərh və fikirlərini almaq istəyirsinizsə, jurnal icmalı bölümünü seçin. Bu Sizə qonaqlarınızı daha yaxşı tanımanıza və onlarla hər zaman ünsiyyətdə olmanıza kömək edəcəkdir.

Elektron menyu

Texnologiyanın cox sürətli inkişaf etdiyi bu dövrdə, hər kəs daha az zamanda daha çox informasiya əldə etməyə çalışır. Qonaqlarınızın mobil cihazında olan məkanınızın elektron menyusu, Sizin müəssisənizdə yeri doldurulmayan bir tamamlayıcınız olacaqdır. Müştəriləriniz işcilərinizin köməyi olmadan oz başlarına, gozəl və rahat interfeysi və bir neçə dildə olan elektron menyudan oz sifarişlərini verə biləcəklər. Bu cür servis sadəcə yeməklərin sifarişi prosesini asanlaşdırmaqla qalmayacaq hətda bu prosesi daha maraqlı bir vəziyyətə gətirəcəkdir. Bununla da işçiləriniz daha az vaxt sərf etməklə muştərilərinizə daha çox diqqət göstərə biləcəklər. Bütün digər servisləri kimi TapInn-in elektron menyu servisi də müəssisənizin ənənəvi işlərini pozmayacaq və sadəcə Sizin tərəfinizdən təşkil olunmuş xidmətləri rahatlaşdıracaq bir tamamlayıcı vasitə olacaqdır. Məkanınızın kağızdan olduğu kimi elektron menyusu da olacaqdır! Elektron menyu servisi Sizə, yeməklərdə olan dəyişiklikləri və ya menyuda olmayan yeni yeməkləri həmin andaca menyuya əlavə etmək imkanını verəcəkdir. Hec bir muştəri garsonların diqqətini birdən kobudluqla çəkərəm deyə narahat olmayacaqdır. Aplikasiyanın "Garsonu çağırmaq" (call waiter) funksiyası, muştərilərin yemək prosesinə mane olmadan, həmin andaca eşidildiklərini hiss etmələrini təmin edəcək.


Bu və digər servisləri artıq bu gündən etibarən müştərilərinizə təqdim edə bilmək istəyirsinizsə, müəssisənizi TapInn şəbəkəsində sadəcə qeydiyyatdan keçirtməyiniz lazımdır.

Kontrol panelində müəssisənizi qeydiyyatdan keçirdin və ya artıq mövcud olan hesabınızdan idarə etməyə başlayın: